Ağdamda poçt rəisi özünü niyə öldürüb? - Səbəbi

3-06-2019, 17:23           
Ağdamda poçt rəisi özünü niyə öldürüb? - Səbəbi
Ağdamda poçt şöbəsinin rəisinin intiharının bəzi təfərrüatı məlum olub.

Rayonun Qaradağlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Püstə Tağıyevanın intiharına səbəb banka küllü midarda kredit borcu olmasıdır:

“Püstə Tağıyeva uzun illərdir ki, Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyir. Ailəlidir. 3 övladı - iki qızı, bir oğlu var. Həyat yoldaşı dünyasını dəyişib. Qızının biri isə ailə həyatı qurub və müəyyən vaxtdan sonra həyat yoldaşından ayrılıb. Onun səhhətində heç bir problem olmayıb. Sadəcə Püstə Tağıyevanın ölümünə səbəb onun banka küllü miqdarda kredit borcu olmasıdır. Deyilənə görə, bankdan pul götürüb, qaytara bilməyib, faiz də üstünə gəlib. O, çıxış yolunu özünü öldürməkdə görüb”.

Qeyd edək ki, Ağdamda intihar hadisəsi qeydə alınıb. Rayonun Qaradağlı kəndində 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru