FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
4-06-2019, 07:13
Bakıda ağır yol qəzası baş verib.
FHN-dən verilən məlumata görə, Yasamal rayonunda "Ravon" markalı minik avtomobili dərəyə aşıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.