APA geri döndü

4-06-2019, 08:50           
APA geri döndü
“APA Holdinq” fəaliyyətini bərpa edib.

Axar.az xəbər verir ki, dizaynında azca dəyişiklik edən Apa.az 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyətini bu gündən bərpa edib.

Xatırladaq ki, "APA Holdinq"ə daxil olan saytların fəaliyyəti ötən il avqustun 1-də dayandırılmış, nəticədə Apa.az, Lent.az, Vesti.az, Apasport.az, APA TV saytlarına giriş məhdudlaşmışdı.

Bu ilin fevral ayında “APA Hodinq”in rəhbəri Vüsalə Mahirqızının rəhbərliyi ilə Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlamışdı. Bunun ardınca isə Lent.az (Kulis.az mədəniyyət saytı ilə birgə) və Vesti.az fəaliyyətini bərpa etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru