Qırğızıstanın keçmiş baş prokuroru həbs edildi

4-06-2019, 09:45           
Qırğızıstanın keçmiş baş prokuroru həbs edildi
Qırğızıstanın keçmiş baş prokuroru Aidə Salyanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, Salyanova kriminal avtoritet Əziz Batukayevi qeyri-qanuni azad etməkdə ittiham edilib.

Qeyd edək ki, Batukayev 2006-cı ildə 16 il həbs cəzasına məhkum edilmişdi. O, Bişkek koloniyasında kütləvi iğtişaşların təşkilində ittiham edilmişdi. 2013-cü ildə qan xərçənginə yoluxduğu iddia edilərək azad edilən Batukayev bundan dərhal sonra yeni pasport alaraq Çeçenistana qaçıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru