Bakıda ŞOK oğurluq: mütəşəkkil dəstə dükanı belə soydu - REAL VİDEO

4-06-2019, 13:06           
Bakıda ŞOK oğurluq: mütəşəkkil dəstə dükanı belə soydu - REAL VİDEO
Cinayətkar dəstənin bir ailə olduğu ehtimal edilir
Bakı şəhər sakini Validə İsgəndərova Avtosfer.az saytına müraciət edərək başına gələn hadisəni danışıb. Belə ki, Dünən (03.06.2019) Bakıxanov qəsəbəsində “Razin talkuçkası” kimi tanınan bazarda onun sahibi olduğu mağazaya eyni vaxtda iki kişi, biri yaşlı olmaqla iki qadın, bir yeniyetmə və bir uşaq daxil olub. Kişilər qapının yanında ayaqqabı ilə “maraqlanır”. Satıcının bacını qarışdırırlar. Bu zaman yaşlı qadın bahalı qadın kostyumlarını bükərək yeniyetmənin əlində olan torbaya basır. Nisbətən cavan gəlin ilə uşaq isə həmin vaxt oğurluq baş verən yerin qabağını kəsərək görüntü məhdudiyyəti yaradırlar. Yaşlı qadın oğurluğun ardından əlində bir mal dükanın arxa hissəsinə keçir. Satıcını çağırır. Satıcı ona yaxınlaşanda isə yeniyetmə, ardınca uşaq və gəlin, daha sonra isə kişilərdən biri çıxır.

Validə İsgəndərovaya ümumilikdə 800 manata yaxın ziyan dəyib. Xanım sahibkar polis orqanlarından bu cinayətkar dəstəni ifşa edərək yaxalamasını istəyir.

Cinayətkar dəstənin bir ailə olduğu ehtimal edilir. Ata, ana, iki oğul, gəlin və uşaq. Ümid edirik ki, polis tezliklə bu cinayət əməlini törədənləri həbs edəcək. Çünki bu şəxslər cəzasız qalsa gələcəkdə daha böyük oğurluqlara əl ataraq vətəndaşlara ziyan vuracaqlar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.