Yeni Zelandiyada atışma olub, ölən və xəsarət alanlar var

6-06-2019, 08:35           
Yeni Zelandiyada atışma olub, ölən və xəsarət alanlar var
Yeni Zelandiyada kənd məktəbinin yaxınlığında atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin saytında bildirilir.

Məlumata görə, hadisə Vaikatoda qeydə alınıb. Atışma zamanı 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

"Polis 4 yaralının tapılması barədə çağırışdan sonra Vaikatodakı kənd məktəbinin ərazisinə gəlib. İlkin məlumata görə, onların hamısı odlu silahdan açılan atəşlə yaralanıblar. Xəsarət alanlardan biri hadisə yerində ölüb, daha üç yaralının vəziyyəti orta ağırdır", - deyə polisin açıqlamasında bildirilir.

Polis detektiv-müfəttişi Qrem Pitekli bildirib ki, hazırda apolis bir nəfərlə bağlı istintaq aparır.

"The New Zealand Herald" nəşri isə bildirib ki, Vaikato kənd məktəbi hadisə ilə bağlı bağlanıb. Yaxın yollar isə polis tərəfindən əhatəyə alınıb. Hadisə yerində polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru