Dağıstanda körpü üstündəki maşınlarla birlikdə çökdü
6-06-2019, 09:20
Dağıstanın Suntim rayonunda körpü üzərindəki 4 avtomobillə birlikdə çöküb.
“2019-cu il mayın 5-də saat 7:00-da Suntin rayonunun Bejta kəndində körpü kənd sakinlərinin park etdiyi 4 minik maşınının ağırlığına tab gətirməyərək dağılıb”,- deyə Dağıstan DİN-in məlumatında bildirilir.
Hadisə baş verən zaman avtomobillərin sahibləri yaxınlığdakı məsciddə olublar.
Avtomobillərə zərər dəysə də, heç kim xəsarət almayıb. musavat.com