Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub - ƏMR

6-06-2019, 18:46           
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub - ƏMR
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov daxili işlər orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər əmrlə həmin vəzifəyə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru