İmişlidə benzin daşıyan avtomaşın partlayıb - VİDEO

8-06-2019, 07:41           
İmişlidə benzin daşıyan avtomaşın partlayıb - VİDEO
İmişli rayonunda benzindaşıyan avtomaşın partlayıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 19:00 radələrində rayonun Qaravəlli kəndində olub.

Yerli sakin Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi "MAN" markalı benzindaşıyan maşını həyətindən kənarda saxlayaraq evinə gedib. Bir qədər sonra yük maşınında yanğın başlayıb, daha sonra isə partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru