“Facebook”dan “Huawei”yə ağır zərbə

8-06-2019, 08:18           
“Facebook”dan “Huawei”yə ağır zərbə
“Facebook” şirkəti özünün “İnstagram” və “WhatsApp” əlavələrini “Huawei” smartfonlarına yükləməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu qadağa yalnız yeni smartfonlara şamil olunur, hazırda istifadə olunanların sahibləri isə həmin əlavələri “Google Playstore”dən yükləyə bilərlər.

Qadağanın hansı tarixdən qüvvəyə minəcəyi açıqlanmır. “Huawei” nümayəndələri bu məsələyə dair şərh verməyib.

Ötən ay ABŞ-ın Maliyyə Nazirliyi Çinin “Huawei” şirkətini “qara siyahı”ya salıb. Bundan sonra “Google”, “İntel”, “Broadcom” kimi informasiya texnologiyaları nəhəngləri bu şirkətlə əməkdaşlığa son qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru