Rusiyada azərbaycanlı gənci yandırdılar: Evli qadınla görüşürmüş - FOTO

11-06-2019, 17:54           
Rusiyada azərbaycanlı gənci yandırdılar: Evli qadınla görüşürmüş - FOTO
Rusiyanın Samara şəhərində azərbaycanlı gənc şəxsi avtomobilində yandırılıb.
Bununla bağlı “Poxvistnevo-İnform” portalı məlumat yayıb.
Bildirilir ki, həmin şəxs Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Elmir Cəfər oğludur.
Onun cəsədi Poxvistnevsk rayonunun Matyan qəsəbəsi ərazisində yanmış “Qazel” markalı maşından tapılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, o, öldürüldükdən sonra yandırılıb.
Verilən məlumata görə, E.Əhmədov rayonda evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub və azərbaycanlını qətlə yetirib. Cinayətin izini itirmək üçün onu E.Əhmədova məxsus avtomobillə rayon kənarına çıxarıb. Daha sonra qatil azərbaycanlının ayağına benzin töküb və od vurub.
Qadının taleyi ilə bağlı heç bir məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb./oxu.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.