"Twitter" bir neçə İran KİV-nin hesabını əngəlləyib

22-07-2019, 07:09           
"Twitter" bir neçə İran KİV-nin hesabını əngəlləyib
"Twitter" sosial şəbəkəsi fars dilində dərc olunan bir sıra İran kütləvi informasiya vasitələrinin hesablarını əngəlləyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, əngəllənən farsdilli hesablar IRNA, YJC və "Mehr" agentliklərinə məxsus olub. Onların digər dillərdəki hesabları aktiv qalıb.

Əngəllənməyə bir neçə İran fiziki və hüquqi şəxslərinin hesabları da məruz qalıb.

"Mehr"in məlumatına görə, onun "Twitter"dəki iki hesabı Hörmüz boğazında Britaniya tankeri "Stena Impero"nun İran tərəfindən saxlanılması xəbərinin dərc edilməsindən sonra bloklanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru