Sarkisyanın qurduğu tələ - Baş nazir işdən qovulur

28-11-2015, 12:46           
Sarkisyanın qurduğu tələ - Baş nazir işdən qovulur
Son zamanlar Ermənistanın siyasi dairələri və ölkə mətbuatında konstitusiya islahatları ilə bağlı referendumdan sonra hökumətdə ciddi dəyişikliklərin olmasına dair xəbərlər dolaşır.

Bu barədə AzVision.az “Qraparak” qəzetinə istinadən xəbər verir.

“Bəziləri iddia edir ki, bu dəyişiklərin təşəbbüskarı baş nazir Ovik Abramyandır. Lakin hakim “Respublika” partiyasından olan mənbələrin sözlərinə görə, bu dəyişikliklərin ilk qurbanı elə məhz baş nazir olacaq. Bu mənbələr iddia edir ki, bu baş nazirin postundan getməsinə dair qərarı Serj Sarkisyan hələ çoxdan verib. Yeni baş nazirin Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyanın olacağı bildirilir. Bu versiyanı gücləndirən əsas səbəblərdən biri qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirdən tutmuş, konstitusiya islahatları ilə bağlı seçki təbliğatı da daxil olmaqla bütün tədbirlərin keçirilməsinin məhz ona tapşırılmasıdır.

Baş verə biləcək potensial dəyişikliklər baş naziri narahat edir və konkret addımlar atmağa vadar edir. Belə ki, Ovik Abramyan nəzarəti altında olan KİV rəhbərlərinə referendumdan sonra Viqen Sarkisyanın “vurulması” haqqında tapşırıq verib”, - deyə nəşr vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.