“Söyüşcül mühacir” Fransada saxlanıldı, Almaniyaya gətirildi –Deportasiyası gözlənilir

15-11-2019, 18:41           
“Söyüşcül mühacir” Fransada saxlanıldı, Almaniyaya gətirildi –Deportasiyası gözlənilir
Qaçdığı Fransadan yenidən Almaniyaya gətirilən Rəfail Piriyev adlı Azərbaycan vətəndaşının barəsindəki deportasiya qərarı icra ediləcək.

“Report”un Avropa Bürosunun əldə etdiyi məlumata görə, R.Priyev ötən gün Fransadan təyyarə ilə Almaniyanın Hamburq əyalətinə gətirilib.

O, hazırda hava limanının yaxınlığında yerləşən “Deportasiya mərkəzi”ndə saxlanılır. R.Priyev mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib, onları təhqir etdiyi üçün tək nəfərlik kameraya köçürülüb.

Yaxın günlərdə onun təyyarə ilə İtaliyaya deportasiya edilməsi gözlənilir.

Xatırladaq ki, Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğudan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan “Dublin sazişi”nə əsasən İtaliya Miqrasiya İdarəsinə yönləndirilib. Azərbaycan vətəndaşı qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirirək, barəsində deportasiya qərarı verib.

R.Priyev sosial şəbəkələrdə Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru