Bakıda avtomobil qarşı yola çıxaraq qəza törədib, ölən və xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

25-11-2019, 01:02           
Bakıda avtomobil qarşı yola çıxaraq qəza törədib, ölən və xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Bakının Səbail rayonunda baş vermiş avtoqəza zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın məlumatına görə, hadisə zamanı "VAZ 2109"-un sürücüsü - 1990-cı il təvəllüdlü Şirəliyev Anar İlham oğlu, avtomobillərdə olan sərnişinlər - 18 yaşlı Abdullayeva Rəfiqə Münasib qızı və 1983-cü il təvəllüdlü Mövsumov Mirzə Həsənağa oğlu xəsarət alıb.

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yol qəzası nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü Namiq Soltanov dünyasını dəyişib.

***

Saat 23:50

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Bayıl şossesində qeydə alınıb.

Namiq Soltanovun idarə etdiyi “Mercedes” markalı minik maşını Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib. Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla 1990-cı il təvəllüdlü Şirəliyev Anar İlham oğlunun idarə etdiyi “VAZ 2109” markalı minik maşınına çırpılıb. Yol qəzası nəticəsində “Mercedes”in sürücüsü N.Soltanov dünyasını dəyişib. Onun bir sərnişini və “VAZ 2109”-da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Səbail RPİ-nin və DYPŞ-nin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.