Oyanmaqda olan vulkan,Taal vulkanı oyandı, əhalini köçürürlər - VİDEO

13-01-2020, 00:00           
Oyanmaqda olan vulkan,Taal vulkanı oyandı, əhalini köçürürlər - VİDEO
Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) vulkan püskürməsi təhlükəsini beşballıq şkala üzrə 3-cü həddə müəyyənləşdirib

Filippin hökuməti Batanqas əyalətinin üç yaşayış məntəqəsindən 80 mindən çox adamın təxliyəsinə başlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN Philippines telekanalı məlumat yayıb.


Təşvişə səbəb Taal vulkanının atmosferə 1 km hündürlükdə kül püskürməsidir. Risklərin Azaldılması və Təbii Fəlakətlərə Hazırlığın Təminatı üzrə Milli Şuradan Telekanala bildiriblər ki, San-Nikolas, Balete və Talisay şəhərləri boşaldılır. 2015-ci ildə onların əhalisi müvafiq olaraq 22, 22 və 45 min nəfər təşkil edirdi.

Taal vulkanı bazar günü oyanıb. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) vulkan püskürməsi təhlükəsini beşballıq şkala üzrə 3-cü həddə müəyyənləşdirib. Qurum vulkana yaxın ərazilərdən əhalinin köçürülüməsini tövsiyə edib.

Vulkana yaxın rayonlarda yağış yağır. Yağışla birlikdə kül və kiçik daş parçaları da yağır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru