Bakıda qadın məktub yazıb özünü öldürdü - İntiharın TƏFƏRRÜATLARI

13-01-2020, 00:05           
Bakıda qadın məktub yazıb özünü öldürdü - İntiharın TƏFƏRRÜATLARI
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Nizami rayonunda bağlı qapı arxasında meyit aşkarlayıblar.

FHN-in mətbuat xidmətindən əldə etdiyimiz xəbərdə deyilir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teref.az azxeber.com-a istinadən xəbər verir ki, istintaq araşdırması zamanı K.Hüseynovanın özünü asaraq intihar etdiyi aydınlaşıb. O, intihar etməzdən öncə ağır xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən intihar yolunu öz iradəsi daxilində seçdiyini bildirən məktub yazıb. Araşdırmalar zamanı K.Hüseynovanın ailəli olmadığı və tək yaşadığı müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi qaldırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.