Eldəniz Yusibovu Azərbaycana qardaşının yasına buraxmadılar
20-12-2015, 21:07
Qardaşının yasında iştirak etmək üçün ölkəyə gələn tanınmış mühaciri sərhəddən geri qaytarıblar
Hollandiyada yaşayan tanınmış mühacir, Müsavat Partiyasının üzvü Eldəniz Yusibovun ölkəyə gəlişinə icazə verilməyib. Bu barədə onun oğlu, mühacir İsa Yusibov sosial şəbəkədəki statusunda yazıb: “Atamı aeroportdan geri qaytarırlar, qardaşının yasında iştiraka icazə vermədilər qanuni vizası ola-ola. Az sonra atam yenə evdə olacaq. Onu Azərbaycana, qardaşının yasına buraxmadılar. Adı iqtidarın qara siyahısındaymış. Bu da taleyin ironiyasıdı bəlkə də: őlkənin műstəqilliyi və demokratikliyi üçün vuruşmuş adam öz məmləkətinə viza ilə gəlməli olur, 1991-də ölkənin műstəqilliyinin əleyhinə səs verənin səfir olduğu őlkənin pasportu ilə Azərbaycana gedir və “Sizin őlkəyə girişiniz rəhbərlik tərəfindən qadağan olunub” eşidir. Keçən il məni, bu il də onu buraxmadılar ”.
Musavat.com-un müxbiri ilə söhbətində İ.Yusibov dedi ki, atasına ölkəyə girişinə niyə qadağa qoyulması barədə heç bir izahat verilməyib: “Amma deyiblər ki sizin girişə qadağa var. O, soruşub ki, varsa niyə viza vermisiniz? Onlar da “yəqin səfirlik bilmir” deyib”.