Saday Şəkərli həbs təhlükəsində? - İDDİA

24-12-2015, 14:31           
Saday Şəkərli həbs təhlükəsində? - İDDİA
Tanınmış şair Saday Şəkərli həbs edilə bilər. Bu barədə Moderator.az-ı Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumatlandırıb. E.Quliyevin sözlərinə görə, hazırda S.Şəkərli Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində dindirilir:
“Hazırda S.Şəkərli prokurorluq əməkdaşları tərəfindən dindirilir. Onun elə idarədəcə həbs edilib Kürdəxanıya göndərilməsi ehtimalı var. Görünən odur ki, həbs olunmaq növbəsi siyasilərdən şair və sənətkarlara keçməkdədir. Yəqin ki, növbəti mərhələdə alimlərin də həbsini reallaşdıracaqlar. Siyasilər və sənətkarların ardınca alimlər də Kürdəxanıya köç edəcək”.
E.Quliyevin sözlərinə görə, heç bir yerdə işləməyən və sadəcə yaradıcılıqla məşğul olan S.Şəkərli bəzi məmurları tənqid etməkdə ittiham edilir:
“S.Şəkərli heç harda işləmir və ən azından bu mənada onun hansısa korrupsiyaya yol verməsi mümkünsüzdür. O, sakit təbiətə malik sırf yaradıcı adamdır. Onun dindirilməsinə səbəb, məndə olan məlumata görə, əsərlərində səsləndiriyi tənqidi fikirlərdir. Halbuki, indi bunu təhqir kimi qələmə verib onun həbsinə nail olmağa çalışırlar.
Hesab edirəm ki, bütün ziyalılar, siyasilər, demokratik kəsimin bütün dairələri baş verən bu birabırçılığa öz etirazını bildirməli, qəti şəkildə S.Şəkərlinin müdafiəsinə qalxmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.