Rusiya 53 şirkətə Türkiyə vətəndaşlarını işə götürmək hüququ verdi - rəsmi
24-12-2015, 16:21
Rusiyanın baş naziri Dmitri Medvedev 53 şirkətə Türkiyə vətəndaşlarını işə qəbul etmək hüququ verən fərman imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının özü məlumat verib.
Baş nazir xatırladıb ki, 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşları üçün vizasız rejimin fəaliyyəti dayandırılacaq. Bundan əlavə, həmin tarixdən etibarən rusiyalı iş adamlarına Türkiyə vətəndaşlarını işə qəbul etmək də qadağan olunub.
Hökumət başçısı bu qərarı verərkən hökumətin maraqlı nazirlik və regionların təkliflərinə əsaslandığını deyib.
Qeyd edək ki, bu şirkətlərin tikinti, avtomobilqayırma, eləcə də tikinti materialları, plastik borular və yivli detallar, santexnika qurğuları və döşəmə örtükləri istehsalı sahəsində fəaliyyət göstərdiyi bildirilir.