Putin tapşırıq verdi: - Kadırovun neft şirkəti olacaq

24-12-2015, 22:24           
Putin tapşırıq verdi: - Kadırovun neft şirkəti olacaq
Rusiya prezidenti Vladimir Putin hökumətə Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun “Rosimuşestvo”ya məxsus olan, icarə hüquqları əsasında “Rosneft”in idarə etdiyi ən böyük neft hasilatı aktivlərindən birinin – “Çeçennefteximprom”un respublikaya verilməsi təklifini dəstəkləməyi tapşırıb.

"Kommersant” yazır ki, Kadırovun 3 dekabr tarixli məktubunda neft hasilatı aktivinin torpaq və infrastruktur potensialından “demək olar ki istifadə edilmədiyi” qeyd olunur.

Çeçenistan rəhbərliyi zavodun yanında Koreyanın KOKAM şirkəti ilə birgə litium-ion batareya istehsalı üzrə zavod açmaq istəyir.

Hazırda Çeçenistanda neft ehtiyatları təxminən 60 milyon ton qiymətləndirilir. Ölkədə neft hasilatı ilə “Qroznefteqaz”ın 51%-nə sahib olan “Rosneft" məşğul olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru