Bakıda silahlı insident - 21 yaşlı gənc güllələndi

25-12-2015, 10:55           
Bakıda silahlı insident - 21 yaşlı gənc güllələndi
Bakıda 21 yaşlı gənc güllələnib. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Xətai prospektindəki "Şərq bazarı"nın yaxınlığında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rzayev Emil Sülfi oğlu mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.

Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, 21 yaşlı Rzayev Emil Sülfi oğlunun kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru