Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçildi

25-12-2015, 12:07           
Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçildi
Dekabrın 20-də Almaniyanın paytaxtı Berlin şəhərinin yəhudi icması parlamentinə seçkilər keçirilib.

"Report" xəbər verir ki, seçkilərin nəticələrinə görə, dağ yəhudisi və Almaniyanın "Dağ yəhudiləri" icmasının nümayəndəsi, 23 yaşlı tələbə Emanuel Adinayev KOAX partiyasından uğurla deputat seçilib.

Bundan əlavə, icma üzvlərinin məlumatına görə, KOAX partiyası səs çoxluğu əldə edib və parlamentdə mövcud olan 21 yerdən 13-nü tutub. Qeyd edək ki, gələcəyin kimyaçı və fiziki olan Emanuel Adinayev Berlində, Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən (Yəhudi qəsəbəsi) olan ailədə doğulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru