Səlim Müslümovun "uşaqlıq arzusu"... - O, özünü hansı postda görürdü...
25-12-2015, 12:57
Faktinfo.az saytı maraq doğuracaq məlumat əldə edib. Sən demə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini icra edəcəyi Səlim Müslümovun ağlına belə gəlmirmiş. Səlim Müslümov digər nazirliyə , daha doğrusu ,Maliyyə naziri vəzifəsini icra etmək istəyirmiş. Bu istək isə ona 2002-ci ildən hakim kəsilibmiş.
Məlumatı Səlim Müslümovun yaxın adamlarından biri özü də bilmədən nəql edib. Belə ki, Səlim Müslümov Dövlət Gömrük Komitəsində sədr müavini olduğu illərdə komitədə maliyyə sahəsinə rəhbərlik edib. DSMF-nin sədri olduğu illərdə isə sabiq maliyyə naziri Əvəz Ələkbərovun işdən çıxarılacağına dair məlumatlı olub. Bu səbəbdən müəyyən şəxslərlə təmas yaradıb ki, Əvəz Ələkbərov əvəzlənəcəyi təqdirdə onu o, əvəz etsin. Bir neçə ay sonra Əvəz Ələkbərov həqiqətən maliyyə naziri postundan çıxarılıb, amma Səlim Müslümov maliyyə naziri ola bilməyib.
Söhbət əsnasında o da məlum olub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini icra etmək S.Müslümovun bir o qədər də ürəyincə deyil.