Orduda bədbəxt hadisə - Leytenant özünü güllələdi

26-12-2015, 14:44           
Orduda bədbəxt hadisə - Leytenant özünü güllələdi
Azərbaycan silahlı qüvvələrində bədbəxt hadisə baş verib.

AzNews.az xəbər verir ki, Müşfiqabad qəsəbəsindəki N saylı hərbi hissənin leytenantı, tağım komandiri Qasımov Ədalət özünü güllələyib. Dərhal hərbi hospitala çatdırılan zabitin həyatını xilas etmək mümkün olub. Lakin hərbiçi hazırda komadadır və vəziyyəti ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı faktı nə təsdiq, nə də təkzib edib. O, məsələ ilə bağlı nazirliyə sorğu göndərməyimizi məsləhət görüb. Mərkəzi Kliniki Hərbi Hospitalının adının çəkilməsini istəməyən əməkdaşı isə faktı təsdiqləyib.

Məsələ barədə ətraflı məlumat verməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru