Dünyanın ən varlı ölkələrindən olan Səudiyyə Ərəbistanı iflas oldu iddiası
28-12-2015, 00:30
BVF gəlirlərinin demək olar ki, hamısını neftdən əldə edən Səudiyyə Ərəbistanı iqtisadiyyatının iflas edəcəyini bildirib.
Avropa.info xəbər verir ki, bu haqda nüfuzlu "İndepedent" qəzetinin saytı yazıb.
Saytın yazdığına görə, Səudiyyə Ərəbistanının hazırda 654,5 milyard dollar valyuta ehtiyatı mövcuddur, ancaq bu valyuta ehtiyyatı günü-gündən əriyir.
Xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanı Pul Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən fondlarından 70 milyard dollar götürüb. Həmçinin qeyd olunur ki, Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsindən 3 milyard dollar itirib. Səudiyyə Ərəbistanı gəlirlərinin 90 faizini neftdən əldə edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında yeni vəzifəyə gələn kral Salman bin Abdulazizin şərəfinə xalqa 32 milyard dollar paylanmışdı.
Neftlə zəngin ölkə eyni zamanda 2015-ci ildə hərbi xərclərdə Rusiyanı geridə qoyaraq 80,8 milyard dollar xərcləyib.