Rusiyada əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadın barəsində cinayət işi başlanıb

28-12-2015, 11:41           
Rusiyada əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadın barəsində cinayət işi başlanıb
Rusiya hüquq-mühafizə orqanları İŞİD-ə qoşulduğu üçün Kemerovo vilayətinin biri azərbaycanlı olan iki qadın sakininə qarşı cinayət işi başlayıb.

APA-nın “Komsomolskaya Pravda”ya istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında hazırda Suriya ərazisində yaşayan qadınların internet vasitəsi ilə Kemerovo vilayətinin sakinlərini İŞİD-ə qoşulmağa çağırdıqları bildirilir. Kemerovo şəhərinin 26 yaşlı azərbaycanlı sakini və 25 yaşlı Novokuznetsk şəhər sakini yerli sakinləri İŞİD-in nəzarətində olan ərazilərə getməyə razı salmağa çalışıblar.

Təqsirləndirilən şəxsləri 10 il müddətinə azadlıqdan məhrum edilmə və təxminən 7 min dollar cərimə gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru