Ağır çəkili pişik avtomobilin damını yararsız hala saldı

14-06-2020, 09:37           
Ağır çəkili pişik avtomobilin damını yararsız hala saldı
Rusiyanın Rostov-Don şəhərində səkkizinci mərtəbədə yerləşən mənzilin eyvanından yıxılan ağır çəkili pişik binanın həyətində park edilmiş avtomobilin damını yararsız hala salıb.

Xəbər “VKontakte” sosial şəbəkəsininin “Rostov Qlavnıy - Rostov-na-Donu novosti” səhifəsində dərc olunub.

Qeyd olunur ki, binanın birinci mərtəbəsində yaşayan şəxs avtomobilinə dəymiş zərərə görə pişiyin sahibindən təzminat tələb edib.

Xəbərə şərh yazanların əksəriyyəti avtomobilə nə qədər ziyan dəyməsi ilə deyil, pişiyin sağ qalıb-qalmaması ilə maraqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru