Rusiyada bank qarət edildi

29-07-2020, 00:07           
Rusiyada bank qarət edildi
Rusiyanın Sankt-Peterburq şəhərində banka silahlı basqın edilib.

Teref.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd olunub ki, naməlum şəxs silahla Vasilyevski adasının Bolşoy prospektində yerləşən maliyyə və kredit təşkilatının ofisinə daxil olub. O, bank işçilərini hədələyib, kassadakı pulları oğurlayaraq hadisə yerindən qaçıb.

Oğurlanan pulların miqdarı hələ açıqlanmayıb.

Qarət zamanı heç kim xəsarət almayıb. Hazırda cinayətkarın tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru