Çində ötən sutka ərzində 10 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

13-09-2020, 08:33           
Çində ötən sutka ərzində 10 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çində ötən sutka ərzində 10 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, həmçinin 70 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 85 184 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru