Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı

17-09-2020, 21:27           
Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı
Ukraynanın paytaxtı Kiyev şəhərində azərbaycanlıların da çalışdığı “Stoliçnıy” bazarında əməliyyat keçirilib. Bazarın 150-dən çox işçisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılıb.

Teref.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında məlumat yer alıb.

Bildirilir ki, əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Saxlanılanların əsasən Azərbaycan və Özbəkistan vətəndaşları olduğu deyilir.

Saxlanılanlardan altısının ölkədən deportasiya olunacağı gözlənilir. yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru