ABŞ-da Erməni Mədəniyyət Mərkəzi yanır

18-09-2020, 15:59           
ABŞ-da Erməni Mədəniyyət Mərkəzi yanır
ABŞ-ın San-Fransisko şəhərində yerləşən Erməni Mədəniyyət Mərkəzində yanğın olub.

Teref.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, şəhərdəki erməni kilsəsi hadisənin qəsdən törədildiyini iddia edir.

Erməni kilsəsinin ofisi də mərkəzlə eyni binada yerləşib. Məlumata görə, yanğın nəticəsində binaya ciddi ziyan dəyib.

Hadisəni kimin törətdiyi məlum deyil.

Yanğınla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(“Report”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru