Azərbaycanda son sutkada 146 nəfər koronavirusa yoluxdu

20-09-2020, 15:19           
Azərbaycanda son sutkada 146 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teref.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.