Beş aylıq hamilə arvadını qarnından bıçaqladı

21-09-2020, 08:59           
Beş aylıq hamilə arvadını qarnından bıçaqladı
Türkiyənin Kayseri bölgəsində dəhşətli hadisə baş verib.

“Haber Global”ın məlumatına görə, Mustafa Aykut adlı şəxs bir neçə ay əvvəl ondan ayrılmaq üçün məhkəməyə müraciət edən və atası evinə qayıdan beş aylıq hamilə arvadı Buketi bıçaqlayıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlumatlara görə, Mustafa arvadını görmək üçün qayınatasının evinə gedib. Ancaq qadın onunla görüşmək istəməyib. Bundan sonra Mustafa arvadına hücum edərək, onu qarnından bıçaqlayıb.

Hadisədən sonra Mustafa Aykut qaçmağa nail olub. Polis hazırda onun axtarışlarına başlayıb.

milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru