Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü

22-09-2020, 12:23           
Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü
Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.

Teref.az “Report”a istinadən xəbər verir ki, hadisə avqust ayında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla aparılıb. O, saxlanıldığı Abşeron rayonu, Xırdalan şəhərində döyülüb.

Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.

Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Hadisə ilə bağlı Abşeron rayonu, Xırdalan şəhər sakinləri Rasim Ramazanov və Xanlar Balayev polis əməkdaşları tərəfindən tutulub. Onlardan odlu və soyuq silah aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru