Azərbaycanda 28 yaşlı qız əməliyyatdan sonra öldü

24-09-2020, 10:38           
Azərbaycanda 28 yaşlı qız əməliyyatdan sonra öldü
Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasında “kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru