İstifadə olunan prezervativləri toplayıb təkrar satırlarmış - Polis əməliyyat keçirdi
25-09-2020, 10:34
Vyetnamın Binh Duonq vilayətində istifadə olunan prezervativləri toplayıb təkrar satanlara qarşı əməliyyat keçirilib.
Yenisabah.az xəbər verir ki, əməliyyat nəticəsində 324 min istifadə olunmuş prezervativ (369 kiloqram) ələ keçirilib. Hadisə ilə əlaqədar anbarın sahibi Fam Ti Tanh polis tərəfindən saxlanılıb.
Anbardar istifadə olunan prezervativləri təmizləyib satdıqlarını etiraf edib:
"Prezervativ istifadə edən şəxslərlə ayda bir dəfə əlaqə qururuq və həmin prezervativləri burada toplayırıq. Burada pis bir şey yoxdur".