Bir neçə gün öncə əməliyyat keçirən şair Rüstəm Behrudi xəstəxanadan evə buraxılıb. Bunu Kult.az-a açıqlamasında Rüstəm Behrudi deyib. O bildirib ki, hazırda keçirdiyi əməliyyatla əlaqədar hərəkət edə bilmir: "Amma özümü babat hiss edirəm, yəni pis deyiləm". Qeyd edək ki, Rüstəm Behrudi boynundakı ağrılarla əlaqədar əməliyyat keçirmişdi.