Meksikada avtobusun aşması nəticəsində 13 nəfər ölüb 29-09-2020, 07:49 Meksikanın cənubunda yerləşən Çiapas əyalətinin La Kampana kəndi yaxınlığında sərnişin avtobusu aşıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Milenio” qəzeti məlumat dərc edib.Hadisə zamanı azı 13 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb.Yaralılar xəstəxanalara yerləşdirilib. Qəzanın başvermə səbəbləri araşdırılır. Facebook-da paylaş