Düşmənin Tərtərə atdığı növbəti top mərmisi nəticəsində rayon sakini həlak olub 1-10-2020, 09:33 Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib. Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər həlak olub. Facebook-da paylaş