Ukraynada Mixeil Saakaşviliyə hücum edildi

1-10-2020, 20:45           
Ukraynada Mixeil Saakaşviliyə hücum edildi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyev şəhərində restoranda hücuma məruz qalıb.

Modern.az xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib.

Hücumun motivi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru