İrəvan çirkin təxribata hazırlaşır: - Sumqayıtı vuraq ki...

5-10-2020, 12:28           
 İrəvan çirkin təxribata hazırlaşır: -
Ermənistan hakimiyyəti növbəti təxribata əl atmaq niyyətindədir. Əsas məqsəd isə ölümcül vəziyyətdə olan Ermənistana Rusiyanın kömək etməsinə nail olmaqdır.

Axar.az xəbər verir ki, Ermənistanın tarix elmləri namizədi, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qriqori Ayvazyan “Politik.am” saytına açıqlamasında İrəvanın bu təxribatla bağlı gizli planlarını açıqlayıb:

“Ermənistana indi Rusiyanın yardımı hava-su kimi lazımdır. İrəvan buna nail olmaq üçün Azərbaycan mütləq Ermənistan ərazisinə zərbə endirməlidir”.

Onun sözlərinə görə, əgər Ermənistan dünyanın real ağrı hiss etməsini istəyirsə, Bakı, Sumqayıt, eləcə də Azərbaycandakı neft-qaz obyektlərinə raket zərbələri endirməlidir:

“Müharibə dünya ictimayətinin maraqlarına toxunduqda, onlar fəal hərəkətlərlə cavab verəcəklər. Biz Gəncə zərbələri endirdik, indi Bakıya və Sumqayıta zərbələr endirmək lazımdır ki, Azərbaycan Ermənistanı vurmaq məcburiyyətində qalsın”, - deyə o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.