Tunisin paytaxtında komendant saatı tətbiq edilib

8-10-2020, 07:40           
Tunisin paytaxtında komendant saatı tətbiq edilib
Tunisin eyni adlı paytaxtının yerli hakimiyyət orqanları koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində komendant saatı elan ediblər.

Trend-in məlumatına görə, bu barədə mərkəzi Tunis televiziyası məlumat verib.

Sakinlərin paytaxtda həftə içi günləri 21:00-dan 5:00-a qədər və həftə sonu 19:00-dan 5:00-a qədər küçəyə çıxmalarını qadağan edən komendant saatı bu gündən quvvəyə minib və 15 gün davam edəcək. Daha əvvəl paytaxt bölgəsində yerləşən bütün restoran, kafe və çay salonlarının yalnız çatdırma rejimində işləmələrinə qərar verilib.

Tunis Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində ölkədə koronavirus infeksiyasına 2 312 yeni yoluxma faktı qeydə alınıb, 43 pasiyent ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru