Ermənistandan müharibə itkiləri ilə bağlı növbəti etiraf- Rəsmi
25-10-2020, 15:46
Ermənistan Qarabağ müharibəsində verdiyi itkilərlə bağlı növbəti məlumat yayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İrəvan döyüşlərdə daha 27 hərbçinin məhv edildiyini etiraf edib.
Bununla da işğalçı ölkə 27 sentyabrdan indiyədək 927 hərbçini itirdiyini rəsmən təsdiqləyib. Ancaq məlumata görə, bu, düşmənin itkilərinin kiçik bir hissəsidir.