Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir

27-10-2020, 22:06           
Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
Ermənistan Milli Məclisi bu gün keçirilən növbədənkənar iclasda Cinayət Məcəlləsinə müharibə dövründə bəzi hərəkətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ilk növbədə hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə cəzalar sərtləşdirilib.

Belə ki, hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə ermənilər 6 ildən 12 ilədək həbs ediləcəklər. Daha əvvəl sözügedən əməllərə görə həbs cəzası 4 ildən 8 ilədək nəzərdə tutulurdu.

Qərarın ilk oxunuşdan qəbul olunması ölkədəki hərbi vəziyyətlə bağlıdır. Beləki sosial şəbəkələrdə yayılan videolarda erməni hərbi qulluqçular hərbi xidmətdən yayınırlar, könüllülər isə cəbhəyə yollanmaqdan imtina edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru