Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı

29-10-2020, 15:05           
Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Azərbaycan ordusunun zəfər yürüşü erməniləri çox sarsıdıb. Xaricdə yaşayanlar, ümumiyyətlə, necə davranacağını bilmir. Ermənilər Avropanın ardınca ABŞ-da da yolu bağlayıblar.

Bizimyol.info xəbər verir ki, hadisə Kaliforniya ştatının Fresno şəhərində baş verib. Ermənilər oktyabrın 28-də 18.40 radələrində “River Park” ticarət mərkəzinin yaxınlığında toplaşaraq yolu kəsiblər. Bu addım sürücüləri özündən çıxarıb. Onlardan biri əsəblərini cilovlaya bilməyib, 3 nəfəri bıçaqlayıb.

Ermənilər aksiyanı “Ermənistanı müdafiə” nümayişi adlandırıblar. Mitinq iştirakçıları bu yolla ABŞ ictimaiyyətinin diqqətini Azərbaycan ordusunun cəbhədə sürətlə irəliləməsinə, bunun Ermənistan üçün təhlükəli olmasına yönəltmək istəyirlər.

Nümayişçilərdən biri – Katarina Melikyan ABŞ televiziyasına deyib ki, onlar dinc mitinq edirmiş, sadəcə, sürücü özünü aqressiv aparıb. Amma hadisə şahidləri başqa şey danışır. Həmin şəxslərin sözlərinə görə, erməniləri bıçaqlayan sürücü əvvəlcə onları şifahi başa salmağa çalışıb, şəhər nəqliyyatını iflis etməyin düzgün olmadığını çatdırıb.

Sürücünün yaraladığı şəxslər 18-26 yaşlı kişilərdir. Onlardan biri qolundan, biri sinəsindən, üçüncüsü isə barmağından xəsarət alıb. Heç birinin həyatına təhlükə yoxdur.

Fresno polisi aksiyaya cəmi 150 nəfərin gəldiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru