Erməni vəhşiliyi: Rusiya vətəndaşı döyülərək öldürüldü

2-11-2020, 03:27           
Erməni vəhşiliyi:
Rusiyada milliyətcə erməni olan şəxsin vəhşicəsinə döydüyü şəxs ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Volqoqrad sakini Roman Qrebenyukun Anna adlı qadınla kiçik mübahisəsi onun üçün ölümcül olub. Qadının əri Arman Melkonyan (milliyətcə erməni) onu telefonda təhqir edərək görüşə çağırıb. Lakin görüşə onun qardaşı Arsen gəlib. Nəticədə Roman Qrebenyuk aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bir neçə gün komada qalan xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Rusiyanın hüquq-mühafizə orqanları Arsen Melkonyanı həbs edib. Lakin Anna adlı qadın və əri Arman azadlıqda qalıb.
Hazırda Roman Qrebenyukun həmkarları sözügedən qadının evinin qarşısında aksiya keçirməyə və bununla da Anna və Arman Melkonyanın həbsinə nail olmağa çalışırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru