Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

4-11-2020, 00:57           
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198 013 034,48 AZN, 10 996 105,84 ABŞ dolları, 165 596,19 avro, 495 521,33 türk lirəsi, 1 294,72 ingilis funt sterlinqi və 5 062.550,00 rubl vəsait daxil olub.

Bu barədə Teref.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 906.626,24 AZN, 10 777 425,16 ABŞ dolları, 147 255,19 avro və 5 057 550,00 rubl vəsait daxil olub.
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru