Macarıstanda koronavirusla əlaqədar komendant saatı tətbiq edilib

4-11-2020, 07:32           
Macarıstanda koronavirusla əlaqədar komendant saatı tətbiq edilib
Macarıstanda yeni növ koronavirusla əlaqədar hər gün saat 00:00-dan səhər saat 05:00-a qədər komendant saatı tətbiq edilir. Eyni zamanda ölkədə barlar və əyləncə mərkəzləri də bağlanır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Viktor Orban bildirib.

Baş nazir qeyd edib ki, "xüsusi rejim" çərşənbə günü gecə yarısında qüvvəyə minəcək. O, parlamentdən məhdudiyyətlərin 90 gün müddətinə uzadılmasını istəyəcəyini də qeyd etdi.

Ölkədə təhsil müəssisələri, mağazalar və restoranlar həmişəki qaydada fəaliyyət göstərməyə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru