Vikipediyada erməni təxribatının qarşısı alındı

5-11-2020, 03:19           
Vikipediyada erməni təxribatının qarşısı alındı
Vikipediya onlayn ensiklopediyasının ingilis dili bölməsinin fəal istifadəçisi 16 yaşlı Ayxan Zayıdzadə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla bağlı Vikipediyanın ingilis dili bölməsindəki məqaləsini mühafizəyə aldırıb.

Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat verib.

“Dünəndən etibarən erməni istifadəçilər Vikipediyanın Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla bağlı ingilis dili bölməsindəki məqaləsinə müdaxilə edirdilər. Lakin onların çirkin niyyəti öz nəticəsini vermədi. "EnViki"nin fəal istifadəçisi Ayxan Zayıdzadənin Vikipediyanın ingilis dili bölməsinin idarəçilərinə müraciəti öz nəticəsini verib. A.Zayıdzadə məqalənin bir həftəlik mühafizə olunmasına nail olub”, - Eltürk bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru